Yeni evlənən gənc özünü yandırdı - kredit borcuna görə

KRİMİNAL
12:19 10.02.2016
3840

Bakıda intihar hadisəsi baş verib. Report-un xəbərinə görə, Zirə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 23 yaşlı Taleh Hümbət oğlu Ömərli üzərinə benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

T.Ömərli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.

OXŞAR XƏBƏRLƏR