Yeni il üçün ən uğursuz hədiyyələrin adları məlum olub. ANS PRESS-in məlumatına görə, ABŞ və Avropada aparılan sorğu bayramdan sonra mağaza rəflərinə geri qaytarılan hədiyyələrin reytinqini hazırlamağa imkan verib. Nə qədər qəribə olsa da, ən uğursuz hədiyyələr sırasında ilk yeri paltar tutur. Rəyi soruşulanların 74 faizi onlara verilən hədiyyə paltarları geri qaytarırlar. Bu, paltarın üslubu, rəngi, ölçüsünün düzgün olmaması ilə bağlıdır. Növbəti yerlərdə məişət avadanlığı, oyuncaq və hobbi atributları gəlir. 16 faiz onlara verilən oyuncaqları, 13 faiz hamam və mətbəx üçün dəstləri, 11 faiz qabları və məişət avadanlığını mağazaya geri qaytarır. Uğursuz hədiyyələr siyahısında kosmetika və parfümeriya vasitələri də var. Verilməsi məsləhət olmayan hədiyyələrdən biri də texnika və mobil telefonlardır. Belə hədiyyələrin 5 faizi geri qayıdır. Araşdırmalar zamanı qərb ölkələrinin əhalisinin onlara lazım olmayan hədiyyələri almağı sevmədiyini ortaya çıxarıb.