Yeni ildə törədilən cinayətin üstü 3 aydan sonra açıldı - VİDEO
İDMAN
16:12 02.04.2013
2120
27 yaşlı Seyranın yeni ildə törətdiyi cinayətin üstü 3 aydan sonra açılıb. Belə ki, bayramı qeyd etmək üçün Səbail rayonu ərazisində yerləşən gecə klubuna gedib. Bir az əylənən Seyran barda 1987-ci il təvəllüdlü Cəfərov Nəbi İmamverdi oğlu ilə mübahisə edib. Nəticədə Seyran Nəbiyə bıçaqla xəsarət yetirib. Hadisədən sonra ərazidən yayınan Seyranın axtarışlarına Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməliyyatçiları cəlb olunub. Uzun sürən axtarışların sonunda Seyranın ölkə hüdüdlarında olduğu müəyyən edilib.Artıq Seyran barəsində toplanılan materiallar Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Hadisə nəticəsində xəsarət alan Nəbi Cəfərov isə bu ilin fevral ayında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində 31 yaşlı Şaiq Rəhimovu bıçaqlayaraq öldürdüyündən barəsində Qaradağ prokurorluğunda cinayət işi başlanılaraq həbs edilib.//anspress