Yeni "iPhone"nun təqdimat tarixi məlum olub

Yeni "iPhone"nun təqdimat tarixi məlum olub
SOSİAL
17:47 25.08.2017
911
ABŞ-ın "Apple" şirkətinin " iPhone8" adlandıracağı gözlənilən yeni smartfonunun təqdimatı sentyarın 12-də keçiriləcək.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni model 5,8 düyüm ölçüdə "OLED" ekranla təchiz olunacaq.
 
Ən nəzərəçarpan yeniliklərdən biri isə "Home" düyməsinin olmamasıdır. Bu düymənin funksiyalarını virtual düymə yerinə yetirəcək.
 
Versiyalardan birinə görə, yeni telefon sahibini barmaq izindən ("Touch ID") deyil, üz cizgilərindən tanıyacaq. "iPhone 8"in yaddaş həcminə gəlincə, bu göstəricinin ilk modeldə 64 Gb, ən bahalı modeldə isə 512 Gb təşkil edəcəyi gözlənilir. Digər bir məlumata görə, telefon simsiz enerjidoldurma texnologiyası ilə təchiz olunacaq. Yeni modelin qiymətinin 1 000-1 100 ABŞ dolları civarında dəyişəcəyi deyilir.
OXŞAR XƏBƏRLƏR