“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni vəzifəyə təyin olundu

“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni vəzifəyə təyin olundu
SOSİAL
12:57 06.10.2023
1243
"Yeni Klinika” publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.

AZXEBER.COM iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.
OXŞAR XƏBƏRLƏR