Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTO

Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTO
DÜNYA
15:12 16.01.2022
413
Ukraynalı futbolçu Oleq Dançenko Yunanıstanın AEK klubundan vətəninə dönüb.

AZXEBER.COM fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Zorya" klubuna icarəyə verilib. Futbolçu yeni klubu ilə müqavilə imzaladıqdan sonra həyatının şokunu yaşayıb.

Belə ki, Dançenkonun həyat yoldaşı Viktoriya Dançenkonun Ukraynanın Odessa şəhəri yaxınlığında avtomobil qəzasına düşərək həlak olub. Onun maşını qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Viktoriyanın avtomobili yararsız hala düşüb və özü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Oleq-Viktorya cütlüyü 24 iyul 2020-ci ildə evlənmişdi.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR