'Yeni Media Akademiya'sı başlayır - ƏRİZƏ FORMASI

MEDIA
12:08 13.03.2012
2346
Müasir cəmiyyətdə informasiya axını çox sürətlə inkişaf edir. Artıq informasiya mübadiləsi həyatın hər bir sahəsinə nüfuz etməkdədir. İnformasiya mübadiləsi cəmiyyətin bütün fərdləri arasında əsas əlaqə vasitəsinə çevrilmişdir. Bu gün həyatı televiziya, radio, internetsiz təsəvvür etmək çox çətindir. Daha geniş istifadəçi kütləsini əhatə edən bu informasiya daşıyıcıları məlumatın ünvana çatdırılmasına xidmət etməklə yanaşı, həmçinin işıqlandırılan sahələrin miqyas və maraq dairəsinin də professional şəkildə genişləndirilməsinə çalışır. “İRƏLİ” İctimai Birliyi bu sahədə iki böyükmiqyaslı “Media Akademiya 1” və “Media Akademiya 2” layihələrini həyata keçirib. İnformasiya texnologiyalarının müasir zamanda yüksək templə inkişafını, dolayısı ilə internet jurnalistikanın (internet radio, TV, bloq və s.) və gənclərin bu sahəyə yüksək marağını nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi “Yeni Media Akademiya” layihəsinin başlanmasını elan edir.Birliyin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmovanın AZXEBER.COM-a verdiyi məlumata görə, layihə çərçivəsində xəbərlər - onun əsasları, növləri, məlumat yığımı və yazılması, köşə yazıları yazmaq bacarığı, ölkədə və dünyada baş verən hadisələri təhlil etmə, tədqiqat, araşdırmanı necə aparmalı, müsahibənin aparılması və internet jurnalistika haqda bütün informasiyaya yiyələnəcəklər. Eyni zamanda “İRƏLİ” tərkibində fəaliyyət göstərən internet radiosu olan “İRadio”da, “İRƏLİ Prodakşn”da arzusunda olduqları layihələri gerçəkləşdirmək, video çarxlar, təqdimatlar hazırlamaq, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirrlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.6 ay davam edəcək layihənin məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.Layihəyə jurnalistika fakültəsi tələbələri və professional jurnalistika ilə məşğul olmaq istəyən gənclər qoşula bilər.Beləliklə, gələcəyini mediada görən və bu sahədə karyera qurmaq istəyən, ölkənin qabaqcıl media strukturunda professional jurnalist olmağa qərar verən gənclərdən layihəyə qoşulmaq üçün “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən onlayn qeydiyyat formasını doldurmaları xahiş olunur (https://www.ireli.az/announcements/20120312032609423.html).
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır