Yeni Media və Gənclərin Sosial Şəbəkələrdə fəallığının artırılması mövzusunda layihə icra edilir

GƏNCLİK
12:25 13.09.2013
1299

“Gənclərin Sosial və İsdisadi İnkişafına Yardım ” Iсtimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Yeni Media və Gənclərin Sosial Şəbəkələrdə fallığının artırılması” layihəsini icra etmişdir.

AZXEBER.COM-un məlumatına görə, layihənin əsas məqsədi ictimai sahədə az fəal olan gənclərin yeni media və sosial şəbəkələrdən düzgün istifadə edilməsi haqqında bilik və bacarıqlarının artırılması olmuşdur. Layihə Bakı şəhərində icra edilmişdir.

Layihənin çərçivəsində gənclər sosial şəbəkələrdən istifadə qaydası, Yeni Media və ənəənəvi media üstünlükləri, eyni zamanda vətəndaş jurnalistikası haqqında məlumat aldılar və 25 gənc bu sahədə təlimatlandılar. 

Təlimlər zamanı gənclərin sosial şəbəkələrdən istifadə etməklə bağlı bilik bacarıqlarının sadəcə “chat” proqramı səviyyəsində olduğu müəyyən edilmişdir və vətəndaş jurnalistikası haqqında ümumiyyətlə məlumatın olmadığı müşahidə edilmişdir. Eyni zamanda elektron məlumatların əldə edilməində gənclərin düzgün alətlərdən istifadə etmədiklərini nəzərə alsaq maarifləndirmə kampaniyasının mühüm olduğunu vurğulamağa ehtiyac qalmır.

“Gənclərin Sosial və İsdisadi İnkişafına Yardım ” Iсtimai Birliyi maarifləndirmə kampaniyasının davamı kimi Yeni media və sosial Şəbəkələr haqqında məlumatı əks etdirən buklet çap etmişdir və onu təlim iştirakcıları ilə yanaşı QHT-larına və gənclərə də paylamışdır. Layihənin fəaliyyətindən birbaşa 25 gənc dolayı yolla isə 100-lə gənc bəhrələnmişdir. Layihənin gələcəkdə icra olunamasına və eyni zamanda bu tədbirlərin daha uzunmüddətli olmasına ehtiyac vardır.

OXŞAR XƏBƏRLƏR