Yeni medianın tədris modulları hazırlandı

Yeni medianın tədris modulları hazırlandı
MEDIA
22:57 04.05.2012
1962

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa təşkil olunub.

Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidentiOsman GündüzDəyirmi Masanı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin“Yeni medianın yeni tədris modulları” mövzusundaTəqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədris ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında Universitetlərdə tədrisi nəzərdə tutulan yeni media fənlərinin Modullarının hazırlandığını bildirib. O aşağıdakı Modulları təqdim edib: Yeni Mediaya giriş fənni, Onlayn Jurnalistika fənni, Multimedia Jurnalistika fənni , Sosial Media fənni. Osman Gündüz qeyd edib ki Yeni medianın tədris modulları hazırlanarkən Beynəlxalq standartlar öyrənilib, ölkənin Yeni media bazarında peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə Yeni medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar hazırlanarkən həmçinin Ali təhsil müəssisələrində təhsil prosesinin təşkilində mövcud standartlar da nəzərə alınıb. Yeni fənlərin həm fundamental , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur. Fənn modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, ölkənin Yeni media bazarının konkret sahələri üzrə (İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik sektoru) kadrlara verilən tələblər də nəzərə alınıb. Dəyirmi Masada Xəzər Universitetinin İnternet jurnalistika müəllimləri, gənc yazarAydın Xan və Cabir Məmmədli ,Slavyan Universitetinin kafedra müdiriAynur Bəşirli və müəllimi Xanım Cavadova,AMEA İTİ-nin şöbə müdiriRasim Mahmudov, yeni media mütəxəssisiAzər Nəzərov,İREX-in rəhbəriAngela Nicoaravə əməkdaşıƏləsgər Məmmədli, Azərbaycan Universitetinin müəllimiLalə Dilanova, Naxçıvan Dövlət Universitetinin müəllimiŞəhla Şirəliyeva, BDU-nun kafedra müdiriCahangir Məmmədli,Jurnalistika Fakültəsinin dekan müavininƏli Haciyevvə Onlayn Xəbər qurumunun inzibatçısıSamir İsayev, Day.az Radio –nun direktoruZaur Darabzadə,Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəriArif Əliyev,Professor Qulu Məhərrəmli ,Mətbuat Şurasının sədr müaviniMüşfiq Ələsgərli, Rabitə Dünyası qəzetinin yazarı Seymur Qasımbəyli və digərləri mövzu ətrafında çıxış ediblər. Çıxışlarda Yeni Medianın tədris modullarının mühüm əhəmiyyət kəsb etməsi və vacibliyi qeyd edilib. Jurnalistika təhsili verən Universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar diqqətə çatdırılıb. Müzakirələrdə Modulların təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Sonda Modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər nəzərə alınmaqla yenidən işlənərək Universitetlərə təqdim ediləcəyi bildirilib Yeni medianın tədris modulları Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində həmçinin 9 Universitetə Onlayn Laboratoriyalar təqdim olunub, bununla bağlı təlimlər keçirilib. BDU-da İnternet Studiyanın yaradılması başa çatmaq üzrədir. Həmçinin yeni medianın tədrisi ilə məşğul olanlara metodiki-informasiya dəstəyi üçün onlayn resurs hazırlanır.

Yeni medianın tədris Modullarını buradan əldə etmək olar :

https://yenimedia.az/t%C9%99dris/ym-modullari

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib