“Yəni mən bu qədər qudurmuşam?” - Astan Şahverdiyev

“Yəni mən bu qədər qudurmuşam?” - Astan Şahverdiyev
SOSİAL
10:32 25.08.2017
5414
Deputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri "otxod” adlandırmış, ardınca baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin "Mercedes Gelandewagen” avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.

Dünən isə onun "Qarabağ” futbol klubunun qələbəsi haqda dediyi fikirlər rezonans doğurub. Belə ki, deputat A24.az-ın əməkdaşı ilə söhbətində "Qarabağ”la maraqlanmadığını deyib: "Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi ”Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar".

Deputatın bu açıqlamasının mətbuatda ""Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə dərc olunması isə müzakirələri daha da genişləndirib.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı deputatla əlaqə saxlayıb. Astan Şahverdiyev mətbuatda fikirlərinin təhrif olunduğunu deyib:

- Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını ""Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, "Qarabağı”ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha "ovuldu”. Yəni bu cür demişəm. Bəs məni niyə belə "bəzəyirlər”? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, ""Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!

- Bundan əvvəl verdiyiniz açıqlamalar da qalmaqal yaratmışdı.

- Təbii ki, bir insan kimi mənim bu məsələyə münasibətim mənfidir. Düşünürəm ki, onlar düz yolda deyillər. Bilirsizmi, belə şeylərlə mənə təsir etmək mümkün deyil. Mənim həm əqli, həm də hər cürə immunitetim onlarınkından qat-qat çoxdur. Mənə təsir edə bilməzlər. Kimsə məqsədli şəkildə bunu təşkil edir və bu cür hərəkətlər edir. Bir daha qeyd edirəm, belə olmaz. Axı böhtan-şər atmaq insanlara yaraşmaz. Bu İslama, müsəlmançılığa sığmır. Bunlar nə qədər bu cür yol tutacaqlar?! Hamısı da cavan uşaqlardır. Onlar indidən belə başlayıblarsa, gələcəkləri nə olacaq?

- Ümumiyyətlə, "Qarabağ FK”nın bundan əvvəlki oyunlarını izləyirdinizmi, azarkeşisinizmi?

- Elə bir azarkeşiyəm ki, bəlkə heç ölkədə mənim kimi 1-2 azarkeş ola, ya olmaya. Bəli, "Qarabağ” idmana böyük yeniliklər gətirdi, ölkəyə bu cür sevinc bəxş etdi. Klubun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının həm də siyasi mənası var. Mən həm bir vətənpərvər, həm də idmanı xoşlayan bir insan kimi deyə bilərəm ki, onun qələbəsinin mənası çox böyükdür, bəlkə də ağlasığmazdır.

- Klubun bundan sonra da uğur qazanacağına inanırsızmı?

- Hamısını izləyirəm. Elə bu gün axşam püşkatma mərasimi olacaq. Allaha dua edirəm ki, bu münasib bir püşkatma olsun, klub bundan sonra da "pleyy-of”a çıxsın. Mən bunu arzulayıram. Nə qədər ki, "Qarabağ” müvəffəqiyyətli oyun göstərəcək, ermənilər bir o qədər yanıb-töküləcək. Məsələn, aprel döyüşləri zamanı Fransada idim. Həmin vaxt ermənilərin bizim səfirliyi necə mühasirəyə alıb, daş-qalaq etdiklərinin şahidi olmuşam.

"Qarabağ” mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır desin ki, "Qarabağ məni maraqlandırmır”? Bu mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar.

Hər şeyin təhəri var da. Kişi mübarizəsini də kişi kimi aparar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY