"Yeni Müsavat": Əli Kərimlinin idarə etdiyi “Azadlıq” qəzeti...

SİYASƏT
17:01 24.01.2014
1615
Müsavat.com İsgəndər Həmidovun səs yazısını yayınlayacaq
Müsavat" qəzeti ilə "Azadlıq" qəzetini müharibəsi davam edir. AZXEBER.COM xəbər verir ki, qəzetlər arasında söz davası artıq kuliminasiya nöqtəsinə çatıb. "Müsavat" onu yalan xəbər yazmaqda ittiham edən "Azadlıq" qəzetinin cavabını belə verib:Əli Kərimlinin idarə etdiyi “Azadlıq” qəzeti növbəti dəfə yalan, böhtan və ünvanımıza kin qusub. Belə ki, bu qəzet heç bir araşdırma aparmadan İsgəndər Həmidovla yaydığımız müsahibənin təhrif etdiyimizi, onun sözlərini vermədiyimizi iddia edərək, ““Yeni Müsavat”ın növbəti yalanı” adlı növbəti yalan yazıb. Və bu dəfə də Əli Kərimlinin şərləmə şakərinə sadiq qalaraq, bizdən heç bir münasibət almayıb.
Bildiririk ki, sabiq daxili işlər naziri İsgəndər Həmidovun qəzetimizə verdiyi müsahibənin lent yazısı saxlanılır, az sonra onu musavat.com-da yayacağıq.  “Azadlıq”dakı həmkarlarımıza isə deyirik ki, bəsdir bir təşkilatın və xəstə iddialı siyasətçinin zombiliyini yapıb, bizə, kollektivə qara yaxdığınız! İndi bu lent yazısından sonra üstünə yalan qusduğunuz oxucudan üzr istəyəcəksinizmi?

OXŞAR XƏBƏRLƏR