“Yeni Müsavat” qəzeti Cəmil Həsənlini ələ salır – Araşdırma

“Yeni Müsavat” qəzeti Cəmil Həsənlini ələ salır – Araşdırma
SİYASƏT
17:25 08.10.2013
2459

“Yeni Müsavat” qəzeti Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini ələ salır.

Bu günkü sayında “Prosesi “saxlamoon”!” adlı yazı başlığı ilə qəzet C.Həsənlinin debatlarda ləhcə ilə danışmasına sataşıb və onun danışıq tərzini yamsılayaraq rişxənd edib.

Əslində bu, “Yeni Müsavat”ın Cəmil Həsənliyə qarşı ilk belə siyasi manipulyasiya cəhdi deyil.

Jurnalistikanın psixoloji incəliklərinə bələd olanlar yaxşı bilir ki, yazı başlıqlarını elə seçmək olar ki, o, beyində tamamilə başqa assosiasiya yaratsın.

Məsələn, “Yeni Müsavat” qəzeti 25 avqust 2013-cü il tarixli 224-cü sayında belə bir başlıq seçib:

“Bizim Cəmil müəllim”. Yəqin, hamı bu başlığı oxuyanda dərhal “Bizim Cəbiş müəllimi” xatırladı. Və ya qəzet elə həmin nömrəsində C.Həsənli haqqında yazıya belə bir başlıq seçir: “Bizim namizəd də ingilis dilini bilir...”.

Burada da ironik üslubda C.Həsənli ələ salınır.

Başqa bir misal - “Yeni Müsavat” qəzetinin 4 sentyabr 2013-cü il tarixli 234-cü sayında, özü də 2-ci səhifədə belə bir başlıq var: “Bir müəllim prezidentimiz çatmırdı”. Ağıla yenə universitet müəllimi Cəmil Həsənli gəlir. Yalnız yazını oxuyandan sonra anlamaq olur ki, söhbət başqa mətləbdən gedirmiş.

“Yeni Müsavat” qəzetinin C.Həsənliyə qarşı “üstüörtülü” qara PR aparmasını qəzetin seçkiqabağı bütün saylarında aşkar etmək mümkündür. Hətta C.Həsənliyə verilən sualların qoyuluş forması da bir çox hallarda ironikdir.

Buradan aşağıdakı qənaətlər hasil olur:

1. “Yeni Müsavat”ın C.Həsənlini müdafiə yazıları, onun fikirlərini silsilə şəklində dərc etməsi əslində “gözdən pərdə asmaq” mahiyyəti daşıyıb;

2. “Müsavat” başqanı İsa Qəmbər C.Həsənlinin müxalifətin önünə keçmək cəhdlərini həzm etməyib və onu “Yeni Müsavat” vasitəsilə müntəzəm olaraq “vurub”. Bu xətt onun C.Həsənlinin seçicilərlə görüşlərindəki çıxışlarında MŞ-nın namizədinin bəzi fikirlərini təkzib etməsi ilə aydın müşahidə olunub;

3. “Azadlıq” qəzetinin qəfil “Yeni Müsavat”a qarşı çevrilməsi C.Həsənliyə qarşı aparılan gizli kampaniya ilə əlaqədar qrupdaxili şübhələrə əsaslanıb;

4. “Yeni Müsavat” qəzetinin hələ seçki dövründəki davranışına əsaslanaraq seçki məğlubiyyətindən az sonra C.Həsənliyə qarşı daha böyük qara PR kampaniyası aparacağına, bütün “günah”ları ona “yükləyəcəyi”nə və İsa Qəmbəri “təmizə çıxarmaq” üçün yeni fazaya keçəcəyinə mühüm işarə var.

5. “Yeni Müsavat” oxucularını siyasi manipulyasiyadan istifadə etməklə aldadıb.Gün.Az-ın analitik qrupu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb