Mütəxəssislər koronavirusun yeni variantı olan HV.1-in tezliklə sayının sürətlə artacağından narahatdırlar.
AZXEBER.COM bu yeni variantın 8 əlamətini təqdim edir:
1. Boğaz ağrısı;
2. Burun tutulması;
3. Burun axması;
4. Öskürək;
5. Tükənmişlik;
6. Baş ağrısı;
7. Əzələ ağrıları;
8. Qızdırma və ya titrəmə.
Üç il əvvəl ortaya çıxan koronavirusun qarşısı peyvəndlər və ehtiyat tədbirləri ilə alınsa da, yeni variantlar hələ də əhalinin sağlamlığını təhdid edir.
Ortaya çıxan yeni variantın Omicronun bir hissəsi olduğu düşünülür.
Koronavirusun bəzi variantları yalnız kiçik soyuqdəymə ilə özünü göstərsə də, virus mutasiyaya davam edərək yeni ştamlar və yeni narahatlıqlar yaradır.
HV.1 də daxil olmaqla digər viruslar da insandan-insana daha effektiv yayılmasına səbəb olur.
Vanderbilt Universiteti Tibb Mərkəzində yoluxucu xəstəliklər professoru Villiam Sçaffner HV.1 variantının nə qədər yoluxucu olduğunu da vurğulayıb:
"Siz demək olar ki, HV.1-i Omicron-un nəvəsi kimi düşünə bilərsiniz. Bütün Omicron ailəsinin xüsusiyyətlərindən biri onların çox yoluxucu olmasıdır”.
Ayşən