Yeni "Omicron" variantı XƏBƏRDARLIĞI: Peyvəndlər...

SAĞLAMLIQ
22:36 20.06.2022
306
Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru, türk əsilli alman immunoloq Uğur Şahin peyvəndlərlə bağlı açıqlama verib. 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, o, "Omicron"un peyvəndlərin qoruya bilməyəcəyi yeni alt variantının ortaya çıxa biləcəyini deyib. 

Zamanın keçdiyini deyən Şahin, "BioNTech” ve "Moderna” kimi peyvəndlərin kütləvi istehsalına başlamasının üç aya qədər çəkə biləcəyini söyləyib: 

"Əlavə klinik sınaqlara ehtiyac olmadan dərmanların ən son məlumatlara adabtasiya imkanının olması faydalı olardı. Ehtiyyat tədbirləri görmək lazımdır” – Uğur Şahin bildirib. 

Bundan əlavə, Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ən az altı aylıq uşaqların koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib. 

OXŞAR XƏBƏRLƏR