“Yeni pandemiyaya hazır olmalıyıq” - ÜST rəhbəri

“Yeni pandemiyaya hazır olmalıyıq” - ÜST rəhbəri
DÜNYA
08:58 08.04.2025
446
"Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və o, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini vurğulayıb.

ÜST rəhbəri yeni pandemiyanın 20 il sonra, yaxud sabah başlaya biləcəyini söyləyib:

"Bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv edib”.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR