Yeni prezident and içdi

Yeni prezident and içdi
DÜNYA
13:05 17.11.2013
1245
44 yaşlı Georgi Marqvelaşvili Gürcüstan Respublikasının tarixinə dördüncü prezident kimi daxil olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin Tbilisidə andiçmə mərasimi keçirilib.

"Mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan Konstitusiyasına əməl edəcəyimə and içirəm və əlimdə gələn hər şeyi öz ölkəmin birliyi və inkişafına nail olması üçün etməyə söz verirəm", - Marqvelaşvili and içərək deyib.

Daha sonra Gürcüstan himni səslənib.

Marqvelaşvili hərbi paradı qəbul edərək, öz üzərinə Ali Baş Komandanın öhdəliklərini də götürüb.

Georgi Marqvelaşvili rəsmən Gürcüstan prezidenti olub.

OXŞAR XƏBƏRLƏR