Yeni “Qaçqınkom” sədrindən ilk açıqlama: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”

Yeni “Qaçqınkom” sədrindən ilk açıqlama: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”
SİYASƏT
12:27 22.04.2018
13795
"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən gələni edəcəyəm ki, cənab Prezidentin etimadını doğruldum”.

AZXEBER.COM xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev söyləyib.

Köçkünlər üçün inşa olunan mənzillərin bölgüsündəki neqativ hallarla bağlı da məsələyə aydınlıq gətirən yeni sədr bildirib ki, artıq bu problemlər keçmişdə qalmış hesab edilə bilər: "Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb. Qısa zamanda bunun şahidi olacaqsınız”.
OXŞAR XƏBƏRLƏR