Yeni Roma papası kim olacaq? - VİDEO

Yeni Roma papası kim olacaq? - VİDEO
17:36 09.03.2013
1009
Bir zamanlar bütün Avropaya hökmranlıq edən Vatikanın gələcək taleyi ilə bağlı kritik məqam bəlli olub. XVI Benediktin istefasından sonra boş qalmış papa postuna seçki martın 12-də keçiriləcək. Kardinallar Şurası, nəhayət, bununla bağlı qapalı toplantının keçirilməsi barədə ortaq məxrəcə gəlib.Vatikanın sözçüsü Federiko Lombarti toplantı zamanı kilsənin problemlərinin, perspektivdəki planların müzakirə olunacağını, o cümlədən, konfidensial səsvermənin keçirələcəyini bildirib. Katolik kilsəsinin ruhani lideri postuna iddialı olan 115 kardinal artıq Vatikanda toplanıb. Onların əksəriyyəti papa seçilməmişdən əvvəl mövcud problemlərin həlli istiqamətində müzakirələrin aparılmasını vacib sayır.Hazırda kardinallar arasında fikir ayrılıqlarının olması diqqəti çəkir. Kilsə daxilində islahatların olmasını vacib sayan bir qrup kardinal yeni ruhani liderin məhz İtaliyadan seçilməsinin tərəfdarıdır. Digər bir qrup isə yeni papanın Afrika və ya Amerika qitəsindən olmasını vacib sayır.
OXŞAR XƏBƏRLƏR