Yeni seçilən prezidentin ilk əmri: ‘Onları öldürün’

SOSİAL
22:45 01.07.2016
1653
Filippinin yeni seçilən prezidenti Rodrigo Duterte andiçmə mərasimindən sonra qalmaqallı açıqlama ilə çıxış edib.
Hakimiyyətin başına gəldiyi gün prezident sarayında Rodrigo Duterte mətbuat konfransı keçirib.
71 yaşlı prezident narkotik maddə tacirlərini və aludəçilərini öldürməyə çağırıb: “Onlar o gözəl uşaqları zəhərləyir, məhv edirlər. Bu yola girməyin heç zaman. Polis belə olsanız, sizi özüm öldürərəm. Siz də harada narkotik aludəçisi görsəniz, gedin öldürün. Çünki ailələri üçün bu çətin olacaq”.
OXŞAR XƏBƏRLƏR