Qadın yeni tanış olduğu kişini başqası ilə gördüyü üçün bıçaqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə 23 yaşlı qadın yeni tanış olduğu kişini başqa qadınla görəndə qısqanclıq hissi keçirərək onu bıçaqlayıb.
Belə ki, İngiltərənin Kent şəhərində yaşayan 23 yaşlı Alişa Oakley qatıldığı gecədə Reece Tyler adlı şəxslə tanış olub.
Kişidən onu öpməsini istəyən Alişa rədd cavabı alıb. Bir neçə dəqiqə sonra Reece başqa bir qadınla yatmaq üçün yatağa gedib.
Yataq otağına bıçaqla girən Alişa bıçağı Reecenin başına vurub.
Dostları tərəfindən xəstəxanaya yerləşdirilən Reece uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub və evə buraxılıb.
Məhkəmənin hökmü ilə qəsdən xəsarət yetirmə cinayəti ilə mühakimə olunan Alişa 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ayşən