Yeni təmirdən çıxan ‘Tofiq Bəhramov’ stadionu niyə bu günə düşdü? - VİDEO

İDMAN
00:54 26.08.2014
5920

Bolqar mütəxəssis Barislav Kolev: “Məsələnin həm obyektiv, həm də subyektiv səbəbləri var"

Hazırda “Qarabağ” – “Tvente” oyununun kecirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün nasaz olması oyun zamanı da özünü biruzə verirdi. Nəzərə alsaq ki, qarşıdan da “Neftçi” – “Partizan” oyunu gəlir, onda hadisələrin təkrarlanacağını gözləmək olar.

ANS TV-nin məlumatına görə, ot örtüyünün nahamar olması oyun zamanı futbolçular üçün müəyyən qədər çətinlik yaratmışdı. Oyundan sonra mətbuat konfransında “Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov da məsələyə toxundu.

Məsələ ilə bağlı açıqlama verən Tofiq Bəhramov adına stadionun direktoru Akif İsmayılovun sözlərinə görə, stadionun ot örtüyünün qənaətbəxş olmadığını və buna bir neçə səbəbin olduğunu dedi.

Akif İsmayılov deyir ki, ot örtüyünə Bolqarıstandan olan mütəxəssis nəzarət edirdi. Hazırda Barislav Kolev ot örtüyü ilə bacara bilmir.

Tofiq Bəhramov adına stadionun ot örtüyünə cavabdeh olmuş bolqar mütəxəssis Barislav Kolev söylədi ki, “Məsələnin həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəb kimi ot örtüyünün çox olmasıdır. Subyektiv səbəbə gəlincə isə ola bilsin ki biz də hardasa səhv etmişik”.

Akif İsmayılov bizə bildirdi ki, "Hazırda bolqar mütəxəssislə müqavilənin müddəti bitib və rəhbərlik yeni müqaviləni inqilis şirkətlərinin birilə bağlamaq niyyətindədir. Qarşıdan isə “Neftçi” - “Partizan” oyunu gəlir. Bu oyunun isə ya 8 km stationunda və ya Tofiq Bəhramov adına stadionda keçiriləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR