Yeni təyin olunan gənc nazirlər qrup yoldaşı imiş - Foto

Yeni təyin olunan gənc nazirlər qrup yoldaşı imiş - Foto
SİYASƏT
13:24 22.04.2018
20662
Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev həm də tələbə yoldaşı olublar.

AZXEBER.COM-un oxu.az-a iatinadən xəbər verir ki, bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz Facebook statusunda yazıb:

"Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökumətin tərkibində yer alıblar!


Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm...” - deyə, o, sonra yazıb.

Qeyd edək ki, hər 3 şəxs 1995-2002-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.
OXŞAR XƏBƏRLƏR