Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama

Yeni ticarət mərkəzi ilə bağlı - Rəsmi açıqlama
SOSİAL
12:27 16.05.2025
533
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.

Bu barədə AZXEBER.COM-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, 10 dekabr 2024-cü il tarixində sözügedən komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.

Xatırladaq ki, 2019-cu ildə "Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb və o vaxtdan ərazidə hər hansı tikinti işi aparılmayıb.
OXŞAR XƏBƏRLƏR