Nazirin iştirakı ilə "Yeni trendlər və gənclər" forumu keçirildi - FOTO

Nazirin iştirakı ilə "Yeni trendlər və gənclər" forumu keçirildi - FOTO
SOSİAL
17:39 05.02.2026
347
Fevralın 5-də "Gənclər həftəsi” çərçivəsində "Yeni trendlər və gənclər” mövzusunda bloqerlərin, kontent yaradanların və jurnalistlərin III Forumu keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış bloqerlər və jurnalistlər iştirak ediblər.

Tədbirdə sosial şəbəkələrin gənclərin həyatında və formalaşmasında mühüm rol oynadığını qeyd edən gənclər və idman naziri Fərid Qayıbov sosial media sahəsində mövcud vəziyyəti forum iştirakçıları ilə müzakirə edib, onların fikirlərini dinləyib.
 
Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər barədə fikirlərini bölüşüblər.
 
















 


OXŞAR XƏBƏRLƏR