Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?

Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
SOSİAL
14:08 10.07.2026
158
Azərbaycanda turizmin inkişafını sürətləndirmək məqsədilə hazırlanmış yeni dövlət proqramında turizm infrastrukturu layihələrinə subsidiya dəstəyi nəzərdə tutulub. Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, hazırda hökumət daxilində razılaşdırılmasının yekun mərhələsində olan proqram nəqliyyat əlçatanlığının artırılması, turizm məkanlarına çıxış imkanlarının yaxşılaşdırılması və sektorun inkişafı üçün vahid koordinasiya mexanizminin formalaşdırılmasını nəzərdə tutur.

Turizm eksperti Samir Dübəndi AZXEBER.COM-a açıqlamasında deyib ki, bu proqram turizmin inkişafında müsbət dönüş nöqtəsi ola bilər:

"Bu proqram turizmin inkişafında müsbət dönüş nöqtəsi ola bilər. Ən azı ona görə ki, burada məsələ yalnız turist sayının artırılması kimi deyil, turizmə mane olan əsas "dar boğazların” aradan qaldırılması kimi qoyulur. Bu gün Azərbaycanın turizm potensialı böyükdür, lakin həmin potensialın bir hissəsi hələ də yola, elektrikə, suya, rabitəyə, sanitar şəraitə, dayanacaqlara, təhlükəsizlik və xidmət infrastrukturuna bağlıdır.

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun açıqladığı yanaşmada "son kilometr” bağlantısı xüsusi əhəmiyyət daşıyır. Çünki turistin ölkəyə gəlməsi birinci mərhələdir; onun regiona rahat çatması, orada keyfiyyətli xidmət alması, daha uzun qalması və daha çox yerli xidmətlərə pul xərcləməsi isə əsas iqtisadi nəticədir. Dünya Bankının da vurğuladığı kimi, Azərbaycanın növbəti turizm mərhələsi yalnız Bakı və tədbir turizmi ilə məhdudlaşmamalı, regionların turizm potensialını iqtisadi dövriyyəyə daxil etməlidir”.

O vurğulayıb ki, subsidiya mexanizmləri düzgün şəkildə tətbiq olunarsa, müsbət nəticə kimi özünü göstərəcək:

"Subsidiya mexanizmləri düzgün şəkildə tətbiq olunarsa, regionlarda turizm sahəsinə yatırımların riski azalacaq və bu, ilk müsbət nəticə kimi özünü göstərəcək. Bir çox regionlarda artıq yol, internet, enerji və su kimi əsas infrastruktur problemləri böyük ölçüdə həll olunub və bu da sahibkarların turizm layihələrinə daha rahat girişini təmin edir. Bu şəraitdə dövlət dəstəyi daha çox xidmət keyfiyyətinin artırılmasına, turizm məhsullarının şaxələndirilməsinə və mövcud potensialın daha səmərəli istifadəsinə yönəldilərsə, özəl sektorun investisiya fəallığı daha da artar”.

Turizm eksperti deyib ki, ikinci yenilik turizmin coğrafiyasının genişlənməsi ola bilər:

"İkinci yenilik turizmin coğrafiyasının genişlənməsi ola bilər. Hazırda turizm axınının böyük hissəsi Bakı və bir neçə əsas istiqamət ətrafında cəmlənir. Yeni proqram Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və digər regionlarda daha sistemli turizm məhsullarının formalaşmasına imkan yarada bilər. Bu, təkcə turist üçün yeni marşrut deyil, regionlarda məşğulluq, kiçik sahibkarlıq, yerli məhsul satışı və xidmət mədəniyyətinin inkişafı deməkdir, yerli icmaların prosesdə bilavasiktə iştirakıdır”.

O qeyd edib ki, üçüncü mühüm nəticə turizm gəlirlərinin daha çox yerli biznesə çatması ola bilər:

"Üçüncü mühüm nəticə turizm gəlirlərinin daha çox yerli biznesə çatması ola bilər. 2025-ci ildə turistlərin xərclərinin böyük hissəsi nəqliyyat, yerləşmə və qidalanma üzrə formalaşıb. Əgər regionlarda qastronomiya, sağlamlıq, ekoturizm, kənd turizmi, macəra turizmi, mədəni irs marşrutları, yerli bələdçi xidməti və suvenir istehsalı inkişaf edərsə, turist xərci daha çox yerli sahibkarın gəlirinə çevrilər. Bu isə turizmi sadəcə "gələn turist sayı” statistikası olmaqdan çıxarıb real regional iqtisadi alətə çevirər”.

S.Dübəndi deyib ki, dördüncü yenilik xidmət keyfiyyəti və standartlaşma ilə bağlı gözlənilə bilər:

"Dördüncü yenilik xidmət keyfiyyəti və standartlaşma ilə bağlı gözlənilə bilər. İnfrastruktur yaxşılaşmasa, xidmət standartı da tam oturuşmur. Turizm məkanlarında informasiya lövhələri, sanitar qovşaqlar, təhlükəsizlik sistemi, tullantıların idarə olunması, rəqəmsal naviqasiya, bələdçi və servis hazırlığı eyni paketdə inkişaf etməlidir. Yəni yol çəkib dayanmaq olmaz; turizm məkana çatandan sonra başlayır. Amma burada da bir şərt var. Proqram sadəcə ümumi niyyət sənədi kimi yox, konkret mexanizm kimi işləməlidir. Hər istiqamət üzrə məsul qurum, maliyyə mənbəyi, icra müddəti, monitorinq sistemi və nəticə göstəriciləri açıq olmalıdır. Məsələn, hansı turizm məkanına yol çəkiləcək, hansı ərazidə su və kanalizasiya problemi həll ediləcək, hansı sahibkarlara subsidiya veriləcək, bu dəstək hansı meyarlara əsaslanacaq və nəticədə turist sayı, qalma müddəti, xərcləmə və məşğulluq nə qədər artacaq?”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”