Yeni üzünü sinəsində yetişdirdilər - FOTOLAR

MARAQLI
12:59 25.10.2013
1734

Çinli həkimlər güclü yanğında üzü eybəcərləşən 17 yaşlı qıza yeni sima verəcəklər

Növbəti şok plastik cərrahiyyə əməliyyatı Çində baş verib. Uşaqlıqda yanğın nəticəsində sifəti zərər görmüş xanıma yeni üz köçürüblər. Pasientin yeni üzünü onun döş nahiyəsində yetişdiriblər.Want China Times-a istinadən verdilən məlumata görə, həkimlər 17 yaşlı çinli xanımın tezliklə yeni üzünü “istifadə etməyi” öyrənəcəyini bildirirlər.  Çinin cənub şərqində yerləşən Fuszyan ayalətində balıqçılar yaşayan qəsəbədən olan 17 yaşlı Syuy Dzanmeyin 5 yaşında, güclü yanğında üzü eybəcərləşib. Qızın çənə nahiyəsi, göz qapaqları və sağ qulağı daha çox yanıb. On il müddətində qızın ailəsi onun müalicə xərclərini ödəyə bilməyib.  Həkimlər pasient üçün yeni üzü xanımın döş nahiyəsində yetişdiriblər. Cərahiyyə əməliyyatından əvvəlki video görüntülər tükürpədici olsa da, həkimlər çərrahiyyə əməliyyatı nəticəsində qalacaq çapıqların itəcəyini və gənc xanımın sağlam zahiri görünüş əldə edəcəyini deyiblər.  Cərrahiyyə əməliyyatı bir neçə mərhələdə həyata keçirilib. Əvvəlcə xanımın baldırından dəri material götürüblər və onu sol çiyindən bir qədər aşağı hissədə yerləşdiriblər. Həkimlər yeni dərinin yetişməsini gözləyiblər, hazır olduqdan sonra pasient Syuy Dzanmeyin üzünə köçürüblər.  Son illərdə Çin Xalq Respublikasında bu tip plastik cərrahiyyə əməliyyatları ilk dəfə deyil həyata keçirilir. Bu yaxınlarda avtomobil qəzası nəticəsində burnunu çox zədələmiş ölkə vətəndaşlarından birinin alnında yeni burun yetişdirərək, pasientin burnunu bərpa etməyə nail olublar . (Ans press)

OXŞAR XƏBƏRLƏR