Əvvəllər "Twitter” adı ilə tanınan və İlon Musk tərəfindən alınan "X” platforması yeni tətbiqi ilə diqqət çəkir.
AZXEBER.COM xəbər verir ki, indi "X”də yeni hesabın açılmasının dəyəri ildə 1 dollardır.
Yeni "X” adlı platforma Yeni Zelandiya və Filippində yeni istifadəçilərdən illik 1 dollar ödəniş almağa başlayıb.
Platformanın bu iki ölkədə yeni "Bot deyil” proqramını sınaqdan keçirdiyi təsdiqlənib. Sınağın bir hissəsi olaraq, yeni, təsdiqlənməmiş hesablardan digər yazıları paylaşmaq və onlarla qarşılıqlı əlaqə yaratmaq üçün illik 1 ABŞ dolları abunə haqqı ödəməsi tələb olunacaq.
Ayşən