Yeni xərçəng araşdırması qorxuya səbəb oldu: virus kimi yayılır

Yeni xərçəng araşdırması qorxuya səbəb oldu: virus kimi yayılır
DÜNYA
15:07 11.10.2023
280
Alimlər qabıqlı balıqlar arasında virus kimi yayıla bilən xərçəng aşkar ediblər.

AZXEBER.COM xəbər verir ki, çağımızın xəstəliyi olaraq önə çıxan xərçənglə bağlı araşdırmalar davam edir. Onun növləri, diaqnostikası və müalicə üsulları elm adamlarının diqqət mərkəzində olsa da, yeni bir araşdırma xəstəliklə bağlı qorxulu ehtimalı da ortaya çıxarıb.

Keçən həftə nəşr olunan bir araşdırma həmçinin əsrlər boyu qabıqlı balıqlar arasında səssizcə yayılan leykemiyaya bənzər xərçəngin qədim formasının iki versiyasını tapıb.

Yoluxucu şiş hüceyrələri mikroskopik bakteriyalar kimi suda sərbəst şəkildə üzür və çoxalırlar. Bu yayılma forması cütləşmə yolu ilə xərçəng hüceyrələrini bir-birinə ötürən itlərə bənzəsə də, yoluxucu xərçəng əslində təbii dünyada məhdud sayda heyvan növlərində görülür.

Ancaq indi qabıqlı balıqlardakı bu son kəşflə insanlar üçün potensial təhlükə yaradan bu kimi xərçəng növlərinin daha çox olduğu düşünülür.

Ayşən
OXŞAR XƏBƏRLƏR