Yeni yaramaz 'Amaci' - KÖŞƏ

Yeni yaramaz
KÖŞƏ
14:42 06.05.2012
2563
Ceyhun MusaoğluHörmətli Etibar Babayev “Space” telekanalının sədrliyindən gedəndən sonra bu televiziyanı pultun yaddaşından sildim. Əlbəttə, gözləyə bilərdim, bəlkə Etibar müəllimin yerinə gələn televiziaydakı tamaşaçı zövqünü oxşayan abu-havanı qoruyacaq. Gözləmədim. Çünki televiziya biliciləri olan dəyərli jurnalistlər də, getdilər. Onlar tamaşaçını ekran qarşısında oturda bilirdilər.
Boşluq yarandı. Məgər dəliyəm, boşluğun tamaşaçısına çevrilim... “Space”-ə yeni sədr gəldi. Necə deyərlər, “xan gəldi, xanlıq gətirdi”. Baxmıramsa, hardan xəbərdaram? Mətbuatdan dostlar, mətbuatdan. Qəzetlərdə yeni xanlıq yaranması xəbəri yayıldı. Görkəmli rejissor Vaqif Mustafayev “Space” adındakı mənanı gerçəkliyə çevirdi. Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə televiziyanı səmaya qaldırdı. Və “Space” uçdu, gözəgörünməzlikdə əridi. Səmada özünə bir ev tikdi, nə qapı qoydu, nə baca. Giriş pəncərədən oldu.Rejissorun adını çəkdinsə, gərək filimdən sitat gətirəsən. “Əhməd haradadır” filmində Əhmədi axtaran anası Bakıya getmək üçün avtobus bileti satılan köşkə yaxınlaşır. Rəhmətlik Əliağa Ağayevin oynadığı obraz ananın israrlı suallarından əsəbiləşərək məşğul olduğunu deyib, dəmir pəncərəni bağlayır. Operator göstərir: kassir araq içir.Qanunla qadağan olunmuş hərəkət: iş vaxtı spirtli içki qəbul etmək olmaz. Kassir qadağaya məhəl qoymur, ona görə ki, pəncərənin məhz onun iradəsinə tabe olduğunu düşünür. Bağladı, görən olmayacaq, açdı özü hər şeyi görəcək.Vaqif Mustafayev televiziyasının tamaşaçının üzünə açılan bir pəncərəsi var - giriş də ordandı, çıxış da. Ünlü rejissor özünün obyektivindən baxır. O, baxdığı yerdə isə tamaşaçı yoxdu. Deməli, reytinq yoxdu. Reytinqi olmayan televiziyaya isə “faringit”ə “faranget” deyən fırıldaqçı ot həkimi reklam verər. Bu faktı da mətbuatdan oxumuşam.Neyləməli ki, özü olmayan, amma rəsmi siyahıda adı olan “Space”-yə də serialların çəkilməsi üçün Milli Televiziya və Radio Şurası 800 min manat pul ayırdı. Ki, əcnəbi serialların nümayişinə son qoyulsun. Ki, əcnəbi düşüncə azərbaycanlının beyninə əcaib informasiyalar yerləşdirməsin. Ki, bu informasiyalar gələcəkdə atom bombası kimi partlayıb, məsələn, Vaqif Mustafayevin yaxınlarına xəsarət yaşatmasın.Kimə deyirsən?.. Zövqlü tamaşaçı ilə əlaqəsi olmayan televiziya rəhbəri hardan bilsin ki, “Amaci”-nin beyinlərə göstərdiyi ildırımvari təhsil sabah ilana çevrilib onun həyatına sarılacaq...Bilsəydi, özünü məndən, bəli şəxsən məndən ağıllı hesab edib, bekarçılıqdan pultun düymələr ilə oynayan tamaşaçını Milli Televiziya və Radio Şurasının qadağasına məhəl qoymadan “Space”-in qarşısında oturmağa sürükləməzdi ki...Qafqazinfo.az-dan oxuyuruq: Mayın 1-dən etibarən əcnəbi seriallara qoyulan qadağadan sonra "Space" telekanalı "Bu zalım dünyada doğulma" xalq arasında isə "Amaci" adı ilə məşhur olan serialı davam etdirmək üçün “unikal” variant tapıb. Hər gün serial yayımlanan vaxtda "Kim haqlıdır?" verilişində aparıcı Mikayıl auditoriyanı iki yerə parçalayaraq Amaci-Sia dueli aparır. Verilişdə serialın yayımlanmamış hissələrindən fraqmentlər də təqdim olunur.Saytdakı xəbərə yazılan şərhlərdən: “Vaqif Mustafayev, nə gündəsən...”, “Bu axi nə verilişdi? Utanmırlar e...”, ““Space” kimi televiziyası olan ölkədə doğulduğumdan utanıram”... davamı da var.Var, davamı olacaq. Reklam pulu üçün adamların mənəviyyatını zorlayanlar da yollarına davam edəcək. Amma mənfi sonsuzluqdan mənfi sonsuzluğa qədər...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama