“Yeni Yasamal” klinikasında -Soyğunçuluq

SAĞLAMLIQ
13:43 13.05.2016
3239
 "Yeni Yasamal” klinikası vətəndaşları soğan qabığı kimi soyur. 
Paytaxtın Yeni Yasamal, Ş.M.Xiyabani 15 c ünvanında yerləşən tibb mərkəzində tariflər bazarı xatırladır. Redaksiyamıza şikayət edən bir qrup paytaxt sakini səhiyyə naziri Oqtay Şirəliyevin klinikaya diqqət göstərməsini xahiş edir. Hələ yüksək səviyyədə təmir olunmayan klinika yarımçıq bina ilə fəaliyyətdədir. Bu isə qanuna ziddir. Çünki tibb ocağında bütün lazımi şərait yaradılmalıdır. Amma "Yeni Yasamal” klinikası bu şəraitdə belə vətəndaşlara baha qiymətə xidmət edir. 
Məsələn, UZİ müayinəsi 55 manata başa gəlir. Klinika bu məbləğin 30 manatı qəbula, 25 manatı isə ultra müayinəyə görə alınır. Adi qəbula 30 manat alınması artıq mövcud bazar tariflərinə də uyğun gəlmir. İddia olunur ki, baş həkim rəhbərlik etdiyi bu tibb müəssisəsində, 800-900 manatdan aşağı məbləğə ümumiyyətlə heç bir xəstəliyin müalicəsini almaq mümkün deyil. "Yeni Yasamal” tibb mərkəzində həkimlərə verilən faiz dərəcələri onların klinikaya müştəri cəlb etmək bacarıqları ilə də təyin edilə bilər. Digər tərəfdən isə, mənbələr bildirirlər ki, bu tibb müəssisəsində xəstələrə təyin olunan dərmanlar da əksər hallarda həkimlərin müqavilə bağladıqları şirkətlər tərəfindən təklif olunan çeşidlərdən seçilir. 
Baş həkim Nüşabə xanımı klinikada tapmaq olmasa da, onun əməkdaşlarının "oxuduğu” pulu mütləq tapmalısan. Hazırda klinika rəhbərliyinin ABU rektoru Elşad Abdullayevlə əlaqələri barədə araşdırmalarımız davam edir.  (24saat.org)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir