Yeni Zelandiyada 6,1 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, Yeni Zelandiyanın Şimal adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Yerli mətbuatın məlumatına görə, episentri Şimal adasındakı Paraparaumu şəhərindən təxminən 50 kilometr şimal-qərbdə olan zəlzələ yerin 57 kilometr dərinliyində qeydə alınıb.
Baş verən 6,1 bal gücündə zəlzələdən sonra hər hansı dağıntı qeydə alınmayıb.
Ayşən