Yeni Zelandiyada baş verən dəhşətli hadisə yerli və beynəlxalq medianın gündəminə çevrilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bir avtobus səfəri zamanı baqaj bölməsindəki çantadan 2 yaşlı qız uşağı tapılıb. Hadisə ilə əlaqədar 27 yaşlı bir qadın saxlanılıb.
Polisin verdiyi açıqlamada bildirilir ki, bir sərnişin baqaj bölməsinə daxil olmaq istədiyini bildirəndə hadisə üzə çıxıb. Avtobus sürücüsü çantanın hərəkət etdiyini müşahidə etdikdən sonra vəziyyəti dərhal aidiyyəti orqanlara bildirib.
Polis açıqlamasında qeyd olunub: "Sürücü çantanı açdıqda içərisində 2 yaşlı kiçik qızı tapıb." Uşağın yüksək isti səbəbilə çox tərlədiyi bildirilsə də, onun ciddi fiziki xəsarət almadığı vurğulanıb.
Hadisə ilə bağlı saxlanılan 27 yaşlı qadının "uşağa qarşı pis rəftar və laqeydlik" ittihamları ilə məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Həmin qadınla uşaq arasındakı münasibət barədə isə hələlik rəsmi məlumat verilməyib.
Oksana