Yeni Zelandiyada ədliyyə naziri istefa verdi

Yeni Zelandiyada ədliyyə naziri istefa verdi
DÜNYA
17:36 24.07.2023
208
Ədliyyə naziri Kiri Allan sərxoş vəziyyətdə avtomobil qəzası keçirməsinin üzə çıxmasından sonra istefa verdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zelandiyanın baş naziri Kris Hipkins hadisənin bazar günü baş verdiyini açıqlayıb. Ədliyyə naziri K. Allanın Vellinqtonda qəzaya qarışdığı və təxminən 4 saat saxlandığını bildirib. Polisin verdiyi açıqlamada nazirin  avtomobili ehtiyatsız idarə etdiyi və polis məmurunu müşayiət etməkdən imtina etdiyi bildirilib.

Nazirin cərimələnəcəyi və lisenziyasının əlindən alınacağı deyilib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR