Yeni Zelandiyadakı səfirimizin etimadnaməsi qəbul edildi

Yeni Zelandiyadakı səfirimizin etimadnaməsi qəbul edildi
SİYASƏT
12:21 27.08.2014
1257

26 avqust 2014-cü il tarixində Azərbaycanın Avstraliya İttifaqı, Fici Respublikasındakı və Yeni Zelandiyaya təyin olunmuş Səfiri Rövşən Cəmşidov etimadnaməsini Yeni Zelandiyanın General-Qubernatoru general - leytenant Cerri Mateparaeyə (Jerry Mateparae) təqdim etmişdir.

Etimadnamənin təqdim edilməsindən sonra General-Qubernator ilə səfir arasında görüş keçirilmişdir. General-Qubernator R.Cəmşidovu Azərbaycanın ölkəsinə təyin edilmiş ilk səfiri kimi təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışdır. General-Qubernator bu təyinatın ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcəyinə ümidvar olduğunu demişdir. O, eyni zamanda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdəki təcrübəsinin öyrənilməsinin Yeni Zelandiya üçün faydalı ola biləcəyini qeyd etmiş və BMT çərçivəsində ölkəmizlə faydalı əmekdaşlığa ümidvar olduğunu bildirmişdir. General-Qubernator ümumiyyətlə mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün hərtərəfli zəminin mövcudluğunu vurğulamış, salamlarının Azərbaycan Prezidentinə və xalqına çatdırılmasını xahiş etmişdir.

Səfir R.Cəmşidov fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir.

Səfər çərçivəsində səfir R.Cəmşidovun Yeni Zelandiyanın Xarici İşlər və Ticarət Nazirliyinin (XİTN) Avropa İdarəsinin rəisi cənab İan Hill, XİTN-nin protokol idarəsinin rəisi xanım Karolin Bilkey, nazir müavini cənab Bede Korri ilə də görüşləri olmuşdur.

Görüşlər zamanı ölkələrimiz və nazirliklər arasında daha yaxın əlaqələrin qurulması imkanları, enerji, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması uçün geniş imkanların mövcud olduğu qeyd edilmişdir.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib