Yeni Zelandiya Ukraynaya hərbi texnika dəstəyi göstərəcək.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Rusiyaya qarşı döyüşən Ukraynaya 5 milyon Yeni Zelandiya dolları (təxminən 3,45 milyon ABŞ dolları) dəyərində hərbi təchizat verəcəklərini açıqlayıb.
Baş nazirliyin rəsmi internet saytında yazılı açıqlama verən Baş nazir Ardern, Ukraynanın Baş naziri Denis Şmihal ilə telefon danışığı zamanı alınan tələb əsasında Ukraynaya müxtəlif hərbi materiallardan ibarət bir sıra müdafiə ləvazimatları verəcəklərini bildirib.
Casinda Ardern Baş nazir Şmihal ilə görüşündə Ukraynaya dəstəyinin davam edəcəyini bildirib:
"Ukraynaya dəstək olmaq üçün koordinasiya edilmiş qlobal səydə üzərimizə düşəni edirik. Bu dəstək Ukrayna hökumətinin xüsusi istəklərinə cavabdır və konfliktdə olanlar üçün ən strateji əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları çərçivəsində 364 siyasi və hərbi şəxsi səyahət qadağasını da siyahısına daxil edib. Həmçinin Rusiya gəmiləri və təyyarələrinin Yeni Zelandiya sərhədlərinə daxil olmasını qadağan edilib.
Ayşən