"Yenidən prezident seçilsəm..." - Tramp Baydeni hədələdi

"Yenidən prezident seçilsəm..." - Tramp Baydeni hədələdi
DÜNYA
12:02 14.06.2023
319
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə yenidən prezident seçiləcəyi təqdirdə prezident Co Baydenə qarşı cinayət ittihamlarını davam etdirəcəyini bəyan edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Donald Tramp gizli dövlət sənədlərini gizlətməkdə ittiham olunaraq Mayamidə hakim qarşısına çıxdıqdan sonra Nyu-Cersidə tərəfdarları ilə görüşüb.

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Baydenə qarşı irəli sürülən cinayət iddialarından əl çəkməyəcəyini vurğulayan Tramp "ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti Bayden və ailəsinə xüsusi prokuror təyin edəcəyəm", - deyib.
 
Çıxışında ölkənin seçki və sərhəd siyasətlərinə xələl gətirdiyini iddia etdiyi şəxslərdən də cavab verəcəyinə işarə edən Tramp "Yenidən seçildiyim zaman başqa çarəmiz qalmayacaq. Dərin dövləti tamamilə məhv edəcəyəm" - deyib.

Keçmiş prezident Tramp ona qarşı aparılan təhqiqatları "ölkə tarixindəki ən iyrənc və ən pis təqib” adlandırıb və onların "siyasi motivli” olduğunu iddia edib.

Ona qarşı irəli sürülən ittihamların diqqəti "Bayden ailəsinə qarşı rüşvət iddialarından" yayındırmaq məqsədi daşıdığını iddia edən Tramp "Diqqəti casusluqdan və əsl cinayətlərdən yayındırmaq istəyirlər. Gəlin Trampı günahlandıraq ki, 5 dollardan danışmasın, milyonluq rüşvətdən danışsın", - deyə Baydeni günahlandırıb.
  
Trampa qarşı "məxfi sənədlər” və "Konqresdə 6 yanvar reydi” araşdırmalarına xüsusi təyinatlı ekspert kimi təyin edilmiş keçmiş baş prokuror Cek Smit rəhbərlik edir.

Xatırladaq ki, aprelin 4-də Donald Tramp Manhetten Cinayət Məhkəməsində 2016-cı il prezident seçkiləri zamanı bir qadına "bağlama” pulu verməkdə ittiham edilərək hakim qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, Tramp cinayət ittihamı ilə məhkəmə qarşısına çıxan ilk ABŞ prezidenti kimi tarixə düşüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR