Çinin Miaoli bölgəsində həkimlər endoskopiya üsulu ilə bir insanın mədəsindən udduğu 11 batarenı çıxarıblar.
AZXEBER.COM xəbər verir ki, 23 yaşlı Li 11 batareyanı udduqdan sonra dostu tərəfindən Mialoi rayonundakı "Da Chien" xəstəxanasına aparılıb.
Həkimlər rentgen şüaları ilə Linin mədəsində aşkar etdikləri batareyaları endoskopiya üsulu ilə təxminən bir saat ərzində çıxarıblar.
Endoskopiya zamanı zədələndiyini bildirən Li bir daha batareyanı udmağa cəsarət etməyəcəyini söyləyib.
Gülay