Yeniyetmələr 65 manata görə iki qadını diri-diri yandırdılar - TƏFƏRRÜAT

Yeniyetmələr 65 manata görə iki qadını diri-diri yandırdılar - TƏFƏRRÜAT
SOSİAL
11:04 27.07.2022
1179
İki gün öncə Tovuzda iki qadının yanaraq öldüyü evdəki hadisənin qəsdən törədildiyi məlum olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, oğurluq məqsədilə evə girən iki nəfər ev sahibini və orada olan qonşusunu öldürüb, daha sonra izi itirmək üçün evi yandırıblar.

Hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar.

Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib:

"Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, evə oğurluq məqsədilə girmiş 19 yaşlı E.Bağırov və onun 17 yaşlı tanışı Quliyev bıçaqla hər iki qadını öldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Hər iki şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Onların barəsində cinayət işi başlanıb. İstintaq davam etdirilir”.

Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var