“Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”

İDMAN
19:56 17.10.2023
272
"Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”.

Bunu Avstriya yığmasının futbolçusu Saşa Kalayciç deyib.

26 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri üçün xoşbəxt olduqlarını vurğulayıb. O, Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib: "Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR