Yerdən uzaqlıqdakı ekzoplanetdə həyat izləri tapıldı - Alimlər şokda

Yerdən uzaqlıqdakı ekzoplanetdə həyat izləri tapıldı - Alimlər şokda
DÜNYA
15:26 10.09.2025
278
Ceyms Veb Kosmik Teleskopunun tədqiqatları kosmosda maraqlı eksperiment müşahidə edib.
 
AZXEBER.COM xəbər verir ki, eksperimentdə Yerdən cəmi 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1e ekzoplanetinin atmosferində həyatı dəstəkləyə bilən molekullar üzə çıxıb.
 
Bu yeni məlumatlar alimləri təşvişə salıb.

TRAPPIST-1 sistemi kiçik qırmızı cırtdan ulduzun ətrafında fırlanan ən azı yeddi planetdən ibarətdir.
 
TRAPPIST-1e Yer kimi azotla zəngin atmosferə malikdir.
 
Tədqiqat nəticələri göstərib ki, bu planetin atmosferində su buxarı, metan və ya karbon dioksid kimi kimyəvi maddələr də var.
 
Qeyd edək ki, indiyə qədər TRAPPIST-1e ilə bağlı dörd müşahidə tamamlanıb, lakin elm adamları səhvləri azaltmaq və qəti nəticələrə gəlmək üçün daha 15 müşahidənin lazım olduğunu bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR