Yerevan hospitalında Qarabağda yaralanmış 50-dən çox hərbçi var

Yerevan hospitalında Qarabağda yaralanmış 50-dən çox hərbçi var
SİYASƏT
16:15 21.04.2016
1278
“İkisinin vəziyyəti çox ağırdır”.
Ermənistan Müdafiə Nazirliyinin mərkəzi kliniki hospitalında, cümə axşamına olan məlumata görə, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətin gərginləşməsi nəticəsində xəsarət alan 53 hərbçi var.
Oxu.Az xəbər verir ki, “News.am” xəbər saytına hospitalın rəisi Aram Asaturyan bildirib.
“Üç hərbçinin vəziyyəti ağır, ikisinin isə çox ağırdır”, - o əlavə edib ki, qalan yaralıların vəziyyəti qənaətbəxşdir.
OXŞAR XƏBƏRLƏR