Yerevanda gərginlik: polis gözyaşardıcı qazdan istifadə edib

Yerevanda gərginlik: polis gözyaşardıcı qazdan istifadə edib
DÜNYA
16:41 16.04.2018
5510
Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.

Yerevanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.

Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb.

Polis gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif millət vəkili Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
///Trend
OXŞAR XƏBƏRLƏR