Yerli və xarici layihələrdə iştirak etmək istəyən tələbələrin nəzərinə...
GƏNCLİK
21:20 04.09.2011
1794
AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe) , yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 40 ölkəsinin 200 şəhərindən olan 13.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Ətraf Mühit İQ AEGEE-Bakı-nın əsas İQ-larından biri hesab olunur. Bu İQ ətrafımızda olan ekoloji problemləri daha da aşkara çıxararaq, cəmiyyətimizə bu problemlərin səbəblərini göstərərək müxtəlif həlli yollarını təklif edir. Bundan əlavə Ətraf Mühit İQ cəmiyyətimizi, təbiətimizi birlikə qorumağa çağırır. İQ gələcəkdə ətraf mühitlə əlaqədar müxtəlif beynəlxalq təşkilatlarla da əmədaşlıq etməyi nəzərdə tutur.Ümumiyyətlə, Ətraf Mühit İQ-ın əsas məqsədi ətraf mühitin bizim və bizim gələcəyimiz üçün nə qədər önəm kəsb etdiyini ilk öncə AEGEE-Bakı üzvlərinə, universitet tələbələrinə, daha sonra isə cəmiyyətimizə müxtəlif üsullarla təbliğ edərək onlara bu haqda daha da dərindən düşünməyi vadar etməkdir. Təbiəti qoruyaq, gələcəyi quraq ! AEGEE-Baki üzvü olmayanlar da Ətraf Mühit İQ-ya üzv ola bilər. Ətraf Mühit İQ-ya üzv olmaq üçün aşağıdakı linkə klik edin:https://bit.ly/p78Phb AEGEE-Baki-ya üzv olmaq üçün isə aşağıdakı linkə klik edin:https://aegee-baki.org/erize_formasi