Yerli və xarici məşhurlar qocalanda belə görünəcəklər – VİDEO

Yerli və xarici məşhurlar qocalanda belə görünəcəklər – VİDEO
MAQAZİN
13:42 17.05.2017
1085
ARB TV-nin "Günə doğru” verilişində məşhurların qocalanda nəcə görünəcəkləri ilə bağlı maraqlı sujet yayımlanıb. 

Xüsusi proqram vasitəsilə məşhurların fotoşəkillərindəki görüntüləri yaşlandırılıb və maraqlı nəticələr ortaya çıxıb. Bəzi yerli və əcnəbi məşhurlar 30 il sonra necə görünəcəklər? Maraq bizi bürüdü, zaman maşınını işə saldıq.

Başlayaq müğənni Röyadan. Proqramın bizə göndərdiyi versiyaya inansaq, 30 il sonra Röyanın simasındakı o şıltaq, çılğın cizgilər tamamilə itəcək. Gözlərində qəribə kədər seziləcək. Bəlkə də yaşa dolmağın, daha səhnədə istədiyini edə bilməməyin kədərini yaşayacaq. Bir də bir suyu yaşlı fransız aktrisalarına oxşayacaq.

Dünya şöhrətli kikboksçumuz Eduard Məmmədov. Onun 30 il sonrasına baxanda elə də böyük fərq nəzərə çarpmır. Məmmədov yaşa dolanda sadəcə saçlarının kənarı ağaracaq, biraz da üzünə qırış düşəcək ki, bu da təbii haldır. Yenə gözlərindən gəncliyindəki döyüşkən baxışlar və qələbə arzusu oxunacaq.

Müğənni Rəhim Rəhimli. Quzu kəsim onun görünüşünə. Adamın fotolarını proqrama saldıq nə qədər çarpışdıq vuruşduq yenə də qocalda bilmədik. Bu gedişlə Rəhim 30 il sonra da başım ağrıyor, başım ağrıyor deyib ona buna quzu kəsəcək.

Qocalıq daha çox futbolçu Leonel Messini əldən salacaq. O, üz-gözünü qırış basmış ağsaqqal baba olacaq və onda biz ölməyib sağ qalsaq oğul uşaqlarımıza, nəvələrimizə danışacağıq ki, vaxt vardı bu qoca kişi gəncliyində 4-5 oyunçunu qabağına qatıb dünyanı ayağa qaldıran qollar vururdu.

Qocalmaq bilməyən sənətçilərdən biri türkiyəli müğənni Sibel Candır. Gözümüzü açıb kliplərdə, şokalad qutularının üzərində gördüyümüz o qadın obrazı 30 il sonra da gözümüzə aşağı yuxarı eyni cür görünəcək. Sibel xanımın Canı suludu maşallah. Təki 30 il sonra da belə şux qalsın.

Xalq artisti Faiq Ağayev də qocalığa təslim olmayanlardan biri olacaq. Yaş onun simasının təravətini aparacaq bəlkə amma içində qaynayan yaradıcılıq enerjisi ahıl çağında da gözlərindən oxunacaq. Ağsaqqal Ağayevə baxanda adama elə gələcək ki, o elə indi də səhnəyə çıxıb sındıra sındıra oynayaraq kansert salonlarını ayaqa qaldıracaq.

Ən gözəl qadınlar da qocalır, şair. Jennifer Lopezin 30 il sonrasına baxanda bu cümlə yadıma düşdü. Kliplərdə və səhnələrdə o şux əndamını titrədərək milyonların sevimlisinə çevrilən Ceylo illər sonra simasını sarmış qırışlar ucbatından bax belə solğun görünüşü ilə gündəmdə olacaq.

Tanınmış şoumen Murad Dadaşov isə niyəsə o qədər də qoca görünmür. Yaxud proqramın Dadaşovu qocaltmağa cəsarəti çatmadı. Birazca üzünə qırış, yanaqlarına da ağarmış tüklər əlavə etdi vəssalam.

Və sırada Elza Seyidcahan var. Bəstəkar-müğənni, hətta arada şairə kimi də təqdim olunan Elza hiss olunur ki, 30 il sonra da qocalıqla mübarizə aparacaq. Onun illərə təslim olmaq fikri yoxdur. O, ömrün ahıl çağına qarşı  bax belə şaqqanaq çəkib gülmək fikrindədir. Amma illər simasına qırış düşəndə və saçları ağarandan sonra da  "Mat qalmışam, mat... Yamanca zad qalmışam, zad” kimi misralar yaza biləcək ya yox, bax bunu zaman göstərəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
14:56 09.05.2025
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
14:40 09.05.2025
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
14:24 09.05.2025
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
14:08 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
14:06 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:52 09.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Abşeronda sex yanır
13:43 09.05.2025
Abşeronda sex yanır
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
13:27 09.05.2025
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib