"Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı saxlanılıb

"Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı saxlanılıb
MAQAZİN
14:33 17.08.2016
1232

Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonraaparılanistintaq tədbirləri çərçivəsində Türkiyənin Erciyes Universitetitin 100-ə yaxın əməkdaşı və vəzifəlisi saxlanılıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, tutulanlar arasında Türkiyənin "TV8" telekanalında yayımlanan "Yetenek Sizsiniz" müsabiqəsinin finalçısı Hakan Akdoğan da var.

Məlumata görə, əməliyyat yerli prokurorluğun təlimatı əsasında Kayseri Təhlükəsiz İdarəsinin Terrorizmə qarşı mübarizə şöbəsinin əməkdaşları ilə yanaşı, təxminən 300 polisin iştirakı ilə avqustun 17-də səhər saatlarında keçirilib.

Xəbərdə bildirilib ki, ali təhsil müəssisəsinin rəhbərliyi ilə yanaşı, 10 polis əməkdaşı da tutulub. Əməliyyat Kayseri, Ankara və Tokat şəhərlərində eyni vaxtda keçirilib.

OXŞAR XƏBƏRLƏR