Yevgeni Priqojinə 10 milyard pul və qızıl külçələr qaytarıldı

Yevgeni Priqojinə 10 milyard pul və qızıl külçələr qaytarıldı
DÜNYA
23:21 04.07.2023
351
"Vaqner” özəl hərbi şirkətinin rəhbəri, iş adamı Yevgeni Priqojinə ofisində tapılan 10 milyard rubl və qiymətli əşyalar geri qaytarılıb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, iyunun 24-də Sankt-Peterburqda müstəntiqlər tərəfindən onun ofisində axtarış aparılmış, pul və qiymətli əşyalar aşkar olunmuşdu.

Məlumata görə, Priqojin özü pulları götürmək üçün gəlməyib. Vəsaiti etibarnamə verdiyi sürücüsü götürüb. Pulun qaytarılması prosesinin necə baş verdiyi məlum deyil.

Qeyd edək ki, əvvəlcə müstəntiqlər pulu Priqojinə qaytarmaq fikrində olmayıblar. Lakin sonradan hansısa səbəblərdən qərarlarını dəyişiblər.
OXŞAR XƏBƏRLƏR