Yevlaxda 2 uşaq atası özünü yandırdı

Yevlaxda 2 uşaq atası özünü yandırdı
SOSİAL
10:27 24.10.2017
1741

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 2 uşaq atası olan R.Zeynalovun maddi çətinlikləri olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

///Lent.az
OXŞAR XƏBƏRLƏR