Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur

Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur
HADİSƏ
09:42 18.04.2025
326
Yevlax rayonunda 41 yaşlı kişinin iş başında zəhərlənmədən öldüyü ehtimal edilir. 

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.

Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə iş görərkən ölüb.

Onun benzinlə işləyən generatordan atılan qazdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR