Yevlaxda ana və qızının fahişəlik biznesi necə ifşa olundu?

Yevlaxda ana və qızının fahişəlik biznesi necə ifşa olundu?
SOSİAL
10:47 04.02.2017
4211

 

Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Əskinaz Kərimovanın və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əskinaz Kərimova bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, xuliqanlıq etdiyi üçün Yevlax rayon Məhkəməsində mühakimə edilib.

İlk məhkumluq

Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunan Əskinaz Kərimova Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmü ilə aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib. O, məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən cinayəti törədib.
Əskinaz Kərimova həmyerliləri Cəmilə Şəfiyeva və digərləri ilə qabaqcadan əlbir olaraq gəlir əldə etmək məqsədi ilə Leyla Babayevanın (ad və soyad şərti verilib) kişilərlə cinsi əlaqədə olmasına şərait yaradıblar.

Kirayə qaldığı evi əxlaqsızlıq yuvasına çevirdi

O, Leyla Babayeva ilə müştərilərdən əldə edilən gəliri aralarında yarı böləcəyi barədə razılaşıb.
Əskinaz Kərimova 2014-cü il mayın əvvəllərindən həmin il avqustun sonlarınadək yaşadığı Yevlax şəhəri, Q.Məhərrəmov küçəsi, ev 5 ünvanında öz tanışı olan kişi müştəriləri ilə pul ödənişləri müqabilində Leyla Babayevanı görüşdürüb.
Leyla Babayeva müştərilərlə cinsi əlaqədə olub, alınan pulu isə aralarında bölüşdürüb. Bir sözlə, Əskinaz Kərimova yaşadığı ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.

Cinsi əlaqədə olmağa görə 20 manat

Əskinaz Kərimova gəlir əldə etmək məqsədi ilə qızı Cəmilə Şəfiyeva ilə birləşib Gülcahan Əliyevanı da (ad və soyad şərti verilib) fahişəliyə cəlb ediblər. Onlar Gülcahan Əliyevadan görüşdüyü hər müştəriyə görə 20 manat tələb edib. Ana və qızı Gülcahan Əliyeva üçün müştəri tapıb, onları evlərində görüşdürüblər.
Əskinaz Kərimova hər müştəridən 50 manat alıb, 20 manatı Gülcahana verib, 30 manat özünə götürüb.
Əskinaz Kərimovanın həmin ünvanda əxlaqsızlıq yuvası saxlaması barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.
Polislər həmin gecə qeyd olunan ünvanda əməliyyat keçiriblər. Basqın zamanı Gülcahan Əliyeva kişilərlə əlaqədə olarkən yaxalanıb.

Ana və qızın ittiham olunduğu maddələr

Əskinaz Kərimova Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə), 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvası saxlama) maddələri ilə ittiham edilib.
Dəstənin digər üzvü Cəmilə Şəfiyeva isə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilib.
Yevlax rayon Məhkəməsinin hökmü ilə Əskinaz Kərimova 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs isə şərti cəza alıb.
Hökmdən təqsirləndirilən Əskinaz Kərimova narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının həbs olmayan cəza ilə əvəz edilməsini xahiş edib.
Şəki Apelyasiya Məhkəməsində Əskinaz Kərimovanın işinə baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib.
Qərara görə, Əskinaz Kərimovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi