Yevlaxda bədbəxt hadisə : Çaya baş vuran oğlanın boynu qırıldı - VİDEO

Yevlaxda bədbəxt hadisə : Çaya baş vuran oğlanın boynu qırıldı - VİDEO
SOSİAL
21:28 31.07.2017
1550
Yevlaxda çayda çimmək istəyən şəxsin başına bədbəxt hadisə gəlib.
 
AZXEBER.COM xəbər verir ki, hadisə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
 
Yevlax şəhəri, Şəhriyar küçəsi, 32 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əsədov Ravil Niyaz oğlu dostları ilə Kür çayı sahilində istirahət zamanı suya baş vurub. Bu zaman onun başı suyun dibində olan daşa dəyib.
 
Hərəkətsiz və huşsuz vəziyyətdə olan R.Əsədov ətrafdakıların köməkliyi ilə sahilə çıxarılaraq xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralının boynunun qırıldığı müəyyən edilib. Yaralının boyun nahiyəsində 5-7-ci fəqərələr qırılaraq yararsız vəziyyətə düşüb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.
 
 
xezerxeber.az
OXŞAR XƏBƏRLƏR